Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, son bir sutka ərzində qar örtüyünün hündürlüyü Sarıbaşda 63 sm, Lerikdə 25 sm, Xınalıqda 22, Qəbələdə 21, Daşkəsən-Oğuzda 20 sm, Gədəbəydə 18 sm, Göygöldə 16 sm, Şamaşı-Şahbuzda 15 sm təşkil edib. Qalan rayonlarda qar örtüyü çox olmayıb və əriyib.
Dünən gecə saatlarında hava şəraiti ilə əlaqədar yollar buz bağlayıb. Bu gün gündüz cənub küləyi ilə əlaqədar temperatur bir qədər yüksələcək. Amma bu gün gecə və sabah səhər rayonlarda yolların yenidən buz bağlaması ehtimalı var.