Bank Of Baku

Azərbaycan ərazisində havanı temperaturu iqlim normasından yüksəkdir

Azərbaycan ərazisində havanı temperaturu iqlim normasından yüksəkdir
# 17 yanvar 2013 07:45 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Yaxın 2-3 gün ərzində, yəni yanvarın 20-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Hazırda müşahidə olunan temperatur rejimi iqlim normasından 1,6 dərəcə yüksəkdir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, havanın iqlim normasından 1,6 dərəcə yüksək olması böyük göstərici deyil: “Ayrı-ayrı illərdə belə hava şəraiti müşahidə olunur. Burada qeyri-adi şey yoxdur. İkinci ongünlüyün sonunadək bu cür hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır”.

 

U. Tağıyeva deyib ki, bu gün Bakı və Abşeron yarımadasında temperatur gün ərzində 6-11 dərəcə intervalında olacaq. Respublikanın rayonlarında 7-12 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə də cənub küləyinin əsməsi ilə əlaqədar günorta saatlarında müsbət temperatur müşahidə olunacaq, 2-7 dərəcə isti gözlənilir.

 

Bakı və Abşeron yarımadasında bu gün axşama doğru cənub küləyinin sürəti bir qədər artacaq, yanvarın 18-də gün ərzində güclü külək gözlənilmir. Yanvarın 19-da günün ikinci yarısında isə cənub-qərb küləyinin sürəti bir qədər artacaq. Respublikanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, dəyişkən buludlu olacaq, səhər və axşam saatlarında duman müşahidə olunacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR