Bank Of Baku

Azərbaycan ərazisində mülayim isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində mülayim isti hava şəraiti davam edəcək
# 21 yanvar 2013 09:20 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Bakı və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9,  gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraitinin davam edəcəyi gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən yanvarın 22-dən 24-dək Abşeron yarımadasında mülayim isti hava şəraiti davam etsə də, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR