Bank Of Baku

Azərbaycan ərazisində mülayim isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində mülayim isti hava şəraiti davam edəcək
# 23 yanvar 2013 09:33 (UTC +04:00)

 Mülayim qərb, şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Yanvarın 24-25-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu yanvarın 24-də Abşeron yarımadasında və aran rayonlarında 13-18, dağlıq rayonlarda 6-11 dərəcə isti, yanvarın 25-də Abşeron yarımadasında 10-15, aran rayonlarında 11-16, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR