Bank Of Baku

Azərbaycan ərazisində şaxta olacaq, yollar buz bağlayacaq

Azərbaycan ərazisində şaxta olacaq, yollar buz bağlayacaq
# 11 yanvar 2013 09:47 (UTC +04:00)

 Mülayim qərb, cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə şaxta,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 12-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. 

 

Havanın temperaturunun gecə  0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR