Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək
# 18 yanvar 2013 09:49 (UTC +04:00)

 Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta,  gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR