Bank Of Baku

Azərbaycan məktəblərində tibbi müayinə ilə bağlı icbari kurslar təşkil olunacaq

Azərbaycan məktəblərində tibbi müayinə ilə bağlı icbari kurslar təşkil olunacaq
# 31 yanvar 2013 13:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda orta məktəblərdə uşaqların dispanserizasiyası (tibbi müayinəsi) ilə bağlı maarifləndirmə ilə əlaqədar məcburi kurslar təşkil olunacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsində nəzərdə tutulub.

 

Qanuna görə, ayda bir dəfə şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə məqsədi daşıyan kurslar təşkil olunacaq. Qanun qüvvəyə minərsə, baş tutacaq kurslarda şagirdlərə ildə bir dəfə dispanserizasiyadan keçmənin zəruriliyi və törədə biləcəyi fəsadları izah olunacaq.

 

Qeyd edək ki, qanun layihəsi artıq Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən parlamentin plenar iclasına tövsiyə olunub. Qanun qəbul olunduğu təqdirdə, ildə bir dəfə Azərbaycanda uşaqlar icbari dispanserizasiyadan keçəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR