Bakı. Şamil Əlibəyli – APA. Bu gün Pakistanın paytaxtı İslamabad şəhərində narkotiklərlə mübarizəyə dair konfrans start götürüb. APA-nın “Pakistan Today” saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan da daxil olmaqla regionun 12 ölkəsinin təmsilçiləri iştirak edir. Nazirlər səviyyəsində keçirilən konfransda çıxış edən Pakistanın xarici işlər katibi Cəlil Abbas Cilani milli təhlükəsizliyə ciddi təhdid sayılan narkotik qaçaqmalçılığına qarşı tədbirləri daha da gücləndirməyə çağırıb.
Konfrans çərçivəsində, həmçinin narkotiklərin istehsalının, yayılmasının qarşını alınmasında region ölkələrinin əməkdaşlığı müzakirə olunacaq.
Qeyd edək ki, tədbir Pakistan prezidenti Asif Ali Zərdari təşəbbüsü ilə keçirilir.
Tədbir iki gün davam edəcək.