APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, fevral və mart aylarında nazirliyin hazırladığı yeni təkliflər Milli Məclisin müvafiq komitəsinə təqdim ediləcək: “Bu qanun 2002-ci ildə qəbul olunub. Onun yenilənməsinə ehtiyac var. 2007-ci ildə qanuna müəyyən əlavə və düzəlişlər edilib. Qanunda “gənc alim” məfhumu ayrıca qeyd ediləcək. İstəyirik ki, gənc alim ayrıca yaş kateqoriyası kimi qeyd edilsin və 40 yaşa qədər alimlərə şamil olunsun. Qanunda gənclər üçün sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı müəyyən bəndlər salınacaq”.
İ.Babayev deyib ki, Gənclər və İdman Nazirliyi Azərbaycan İpoteka Fondu ilə birlikdə ötən il sosial ipotekaya güzəştlərlə bağlı əlavə və düzəlişlər etmək haqqında təkliflər paketi təqdim edib: “Yaxın zamanlarda bu düzəlişlər öz əksini tapacaq. Hazırda Nazirlər Kabineti vasitəsilə aidiyyəti dövlət qurumları tərəfindən razılaşma prosesi aparılır”.