Bank Of Baku

Azərbaycanda arxeoloqların icbari sığortalanması təklif edilir

Azərbaycanda arxeoloqların icbari sığortalanması təklif edilir
# 29 yanvar 2013 11:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu arxeoloqların icbari sığortalanmasını təklif edir. Bu barədə APA-ya İnstitutun direktoru Maisə Rəhimova bildirib.

 

Onun sözlərinə görə, arxeoloqlar ağır çöl şəraitində işlədiyindən istənilən qəfil hadisə onlar üçün qaçılmazdır: “Məhz buna görə də arxeoloqların icbari sığortasını həyata keçirmək mütləq lazımdır. Artıq bununla bağlı institutda kollegial qərar qəbul edilib və AMEA Rəyasət Heyətinə müraciət olunub. Rəyasət Heyəti müraciəti müsbət cavablandırsa, arxeoloqların icbari sığortalanması üçün müvafiq qurumlara müraciət olunacaq”.

 

M.Rəhimova həmçinin deyib ki, rəhbərlik etdiyi qurum arxeoloji ekspedisiyaların avtomobillərlə təmin edilməsi və bölgələrdə ekspedisiyalar üçün bazaların yaradılması xahişi ilə də AMEA Rəyasət Heyətinə müraciət edib: “Azərbaycanın 40-dan artıq bölgəsində arxeoloji ekspedisiyalar fəaliyyət göstərir. Lakin bazaların olmaması arxeoloqların işinə çətinlik yaradır. Onlar əldə etdikləri materialları Bakıya göndərmək məcburiyyətindədirlər. Baza olarsa, arxeoloqlar üçün işləmək daha rahat olar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR