Bank Of Baku

Azərbaycanda bəzi fənlərin tədrisi IX sinfə kimi başa çatdırıla bilər

Azərbaycanda bəzi fənlərin tədrisi IX sinfə kimi başa çatdırıla bilər
# 17 yanvar 2013 13:54 (UTC +04:00)

Azərbaycanda  tətbiq edilən yeni kurrikulum islahatları bütün fənlərin tədrisinə müəyyən təsir göstərəcək

 

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan təhsil sistemində tətbiq edilən yeni kurrikulum islahatları bütün fənlərin tədrisinə müəyyən təsir göstərəcək. Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib.

 

O bildirib ki, növbəti illərdən orta məktəblərdə kimya və fizika fənlərinin tədrisində sinfin dəyişilməsi və fənlərin aşağı sinifdən başlanması zərurətdən yaranıb: “Uşaqların aşağı sinifdən bu anlayışları öyrənməsinə ehtiyac var. Azərbaycanda icbari təhsil IX sinfə kimi davam etdiyinə görə bəzi fənlərin tədrisi  IX sinfə kimi başa çatmalıdır. Hər sinifdə tədris olunan fənlərin öz məzmunu var. Təhsil sahəsində standartlar eyni olsa da, ona qoyulan tələblər və məzmunlar getdikcə genişləndirilir. Aşağı sinifdən həm kimya, həm də fizika fənlərindən müəyyən anlayışların verilməsi uşaqda gələcəkdə nəzərdə tutulan bacarıqların formalaşmasına böyük köməklik edir. Bu da şagirdlərə müsbət təsir göstərəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR