Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
Onun sözlərinə görə, 2011-ci illə müqayisədə nikahların sayı 10,1 min və ya 11,3% azalıb, boşanmaların sayı isə 0,4 min və 3,6% artıb.