Bank Of Baku

Azərbaycanda bütün növ zorakılıqlara məruz qalan insanlar üçün yeni mərkəzlər yaradılacaq

Azərbaycanda bütün növ zorakılıqlara məruz qalan insanlar üçün yeni mərkəzlər yaradılacaq
# 14 yanvar 2013 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bütün növ zorakılıqlara məruz qalan insanlar üçün yeni mərkəzlərin yaradılmasını planlaşdırır. Bu barədə APA-ya açıqlamasında komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov məlumat verib.

 

O bildirib ki, bu mərkəzlərdən yalnız insan alveri qurbanı olanlar deyil, bütün növ zorakılığa məruz qalan şəxslər istifadə edə biləcək. E.Səfərovun sözlərinə görə, bu gün ölkədə mövcud olan mərkəzlərdə göstərilən xidmətin vəziyyətində müəyyən boşluqlar var: “Belə ki, oradakı konkret şəxslərlə onların başa düşəcəyi dillə danışılmalıdır. Ola bilsin ki, insan alveri qurban olan şəxs Azərbaycan vətəndaşı olmasın. Onun dili başa düşülməsə də, hüquqları müdafiə edilməlidir. İnternat evlərində qalan və orada gecələyən uşaqlar isə bir yerdə saxlanılmamalıdır”.

 

E.Səfərov Azərbaycanda insan alveri ilə bağlı mövcud vəziyyətə də aydınlıq gətirib. O bildirib ki, bu məsələdə ya vətəndaşlar məcburi əməyə cəlb edilir, ya da Azərbaycan tranzit ölkə kimi istifadə olunur. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının daha çox məcburi əməyə, fahişəliyə cəlb edilməsi kimi faktlar olub. Bu gün mövcud məsələnin böyük bir problem olduğunu deyən E.Səfərov vurğulayıb ki, bununla mübarizə gücləndirilməli və koordinasiya aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR