Bank Of Baku

Azərbaycanda əqli mülkiyyət üzrə Dövlət Proqramı və Milli Strategiya hazırlanacaq

Azərbaycanda əqli mülkiyyət üzrə Dövlət Proqramı və Milli Strategiya hazırlanacaq
# 11 yanvar 2013 14:06 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda əqli mülkiyyət üzrə Dövlət Proqramı və Milli Strategiya hazırlanacaq. Bunu APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib.

 

Onun sözlərinə görə, bu, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunub. Konsepsiyada əqli mülkiyyət, onun əsas qolu olan müəlliflik hüququ və əlaqəli hüquqların inkişaf etdirilməsi, müdafiəsi, eyni zamanda qeyri-maddi irsin qorunması ilə əlaqədar konkret müddəalar əks olunub. Bununla bağlı hazırda Agentlikdə bir sıra təkliflər üzərində iş aparılır.

 

X.Həsənli deyib ki, 2020-ci ilə qədər Azərbaycanda yaradıcılığın, innovasiyaların stimullaşdırılması üçün xüsusi tədbirlər həyata keçiriləcək. Yaradıcılığa investisiya qoyulması üçün əlverişli şəraitin yaradılması, əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı və ÜDM-də onun payının artırılması da həyata keçiriləcək tədbirlər sırasındadır. MHA-da ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin  payını müəyyən etmək üçün hökumət qərarının layihəsi işlənib. Bu qərar layihəsi İnkişaf Konsepsiyası nəzərə alınmaqla bir daha təkmilləşdiriləcək.

 

Konsepsiyada 2020-ci ilədək İKT və əqli mülkiyyətin qarşılıqlı əlaqəsini inkişaf etdirmək üçün rəqəmli hüquqların idarəetmə sisteminin yaradılması da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR