Bank Of Baku

Azərbaycanda hava yağmursuz olacaq

Azərbaycanda hava yağmursuz olacaq
# 16 yanvar 2013 09:24 (UTC +04:00)

Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR