Bank Of Baku

Azərbaycanda hər 10 min nəfərə 35 həkim düşür

Azərbaycanda hər 10 min nəfərə 35 həkim düşür
# 21 yanvar 2013 11:13 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda 32 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 524 xəstəxana və 1697 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.

 

Ötən il ərzində ölkədə səhiyyə sahəsində 84 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb, onlardan 38-də (Bakı şəhərində - 21, regionlarda -17) təmir-tikinti işləri başa çatdırılıb. Bütün müəssisələr ən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub. 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və hazırda onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına 387,7 milyon manat vəsait xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR