Bank Of Baku

Azərbaycanda icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi aşkarlanıb

Azərbaycanda icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi aşkarlanıb
# 19 noyabr 2012 14:31 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən noyabrın 12-dən 16-dək Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

 

Tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 12 əcnəbi aşkarlanıb. Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR