Bank Of Baku

Azərbaycanda İKT ili çərçivəsində Bakı məktəbləri ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq

Azərbaycanda İKT ili çərçivəsində Bakı məktəbləri ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq
# 23 yanvar 2013 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İKT ili çərçivəsində paytaxt məktəbləri ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq. Bunu APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

 

O bildirib ki, bu illə bağlı idarənin bəzi təklifləri var və yəqin ki, il ərzində onlar həyata keçiriləcək. Onun sözlərinə görə, bunlara İKT ili çərçivəsində məktəblərin saytlarının aktiv işləməsi, sənədləşmənin elektron formada aparılması, informasiya mübadiləsi baxımından məktəblərin dünyaya çıxışının təmin olunması və digər məsələlər daxildir: “Hər bir məktəbin saytının aktiv şəkildə işləməsi, məktəblərdə sənədlərin elektronlaşdırılması istiqamətində işlər görüləcək. Texnologiyaların nailiyyətlərinin son tətbiqi istiqamətində müxtəlif tədbirlər, konfranslar keçiriləcək. May ayında Azərbaycan təhsil müəssisələrində İKT-nin tətbiqinə həsr olunan böyük baxış-sərgi keçiriləcək. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunacaq baxış-sərgidə təhsil müəssisələrinin İKT təminatı ilə bağlı vəziyyəti hesabat şəklində ictimaiyyətə təqdim olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR