Bank Of Baku

Azərbaycanda işsizlik statusu alan vətəndaşların sayı 31 minə çatıb

Azərbaycanda işsizlik statusu alan vətəndaşların sayı 31 minə çatıb
# 24 yanvar 2013 10:28 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda ümumi işsizlik statusu alan vətəndaşların sayı 31 min nəfərdir. «APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib.

 

O həmçinin qeyd edib ki, ötən il ölkənin özəl sektorunda çalışanların sayı xeyli artıb. Bu rəqəm 2000-ci ildə dövlət sektorunda 33,2 % təşkil edirdisə, 2012-ci ildə bu göstərici 26,1%-ə enib: «Rəqəmdə də göstərildiyi ki, özəl sektorda çalışanların sayı xeyli artıb».

 

Ümumilikdə, özəl sektorda çalışanların sayı 73,9%-ə qədər yüksəlib.

 

İ.Həsənov bildirib ki, 2011-ci ildə Azərbaycanda muzdla işləyən vətəndaşların sayı 1,387 mln. nəfər təşkil edirdisə, bu da məşğul əhalinin sayının 37%-nə bərabər olub. Bu sahədə də qeyri-leqal məşğulluq qeyri-rəsmi çalışanlarda müşahidə edilib və bunun müəyyən qədər qarşısı alınıb. Nəticədə, 2012-ci ildə muzdla işləyən vətəndaşların sayı 1,600 mln. nəfərə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR