Bank Of Baku

Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankının proqram təminatı hazırlanır

Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankının proqram təminatı hazırlanır
# 19 yanvar 2013 10:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankının yaradılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq işlər aparır. Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

 

O bildirib ki, məişət zorakılığı ilə bağlı məlumat bankının yaradılması məqsədilə aidiyyəti qurumlara müraciət olunub. T.İbrahimovanın sözlərinə görə, artıq müxtəlif qurumlardan məlumatlar daxil olur və Komitənin müvafiq şöbəsində toplanılır. Şöbə müdiri qeyd edib ki, həmçinin məişət zorakılığı ilə bağlı məlumat bankının proqram təminatının yaradılması ilə bağlı işlər aparılır.

 

Qeyd edək ki, məlumat bankında məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, bu hallarla bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş, valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti barədə məlumatlar toplanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR