Bank Of Baku

Azərbaycanda nikahların sayının azalmasının səbəbləri açıqlanıb

Azərbaycanda nikahların sayının azalmasının səbəbləri açıqlanıb
# 23 yanvar 2013 13:02 (UTC +04:00)

 Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova deyib.

 

O bildirib ki, insanların münasibətləri tənzimlənən, ailədaxili münasibətlər sistemini daha yaxşı formalaşdıran nikah formasını seçməsi nəticəsində ölkədə nikahların sayı azalıb. Onun sözlərinə görə, ölkədə nikahların ümumi əmsalı 2011-ci ildə 9,7 olduğu halda, 2012-ci ildə bu rəqəm 8,6 olub. Boşanmaların sayında isə artım müşahidə edilib.

 

Komitə rəsmisi nikahlarının sayının az, boşanmaların isə çox olmasının səbəblərinə aydınlıq gətirib: “Qanunvericilikdə olan dəyişikliklər və qadınların iqtisadi cəhətdən müəyyən mənada imkanlar əldə etməsi, hüquqlarını bilməsi onlara şərait yaradır ki, ailədə üzləşdiyi zorakılığa, təzyiqlərə məruz qalmasın və öz haqqını tələb etsin. Bu da boşanmaya təsir edir. Bundan əlavə, ekoloji problemlərin reproduktiv sağlamlığa olan təsiri nəticəsində sonsuzluq kimi məsələlərin olması boşanmaya gətirib çıxarır. Boşanmaya təsir edən ən ağrılı məqam isə erkən nikah məsələsidir. Erkən nikaha girən xanım və bəylər çox sonradan şəxsiyyət kimi formalaşır və hadisələrə münasibətləri dəyişir. Bu da ailədə problemlər yaradır və çox vaxt boşanma ilə nəticələnir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR