Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan orqan transplantasiyası haqqında qanunvericilikdə orqanların satılması qadağan olunur: “Amma vərəsəlik, vəsiyyət baxımından arzu olunan halda orqanlar verilə bilər. Yaxın illərdə Azərbaycan qanunvericiliyində orqanların transplantasiyası haqqında qanunvericilikdə dəyişiklik ola bilər. Zaman, reallıqlar və mentalitet tədricən dəyişir. Bir zamanlar Azərbaycanda ölünü yarmağa belə icazə vermirdilər, ölünü təhqir olunmuş hesab edirdilər. İndi də rayonlarda bu məsələlər qalır. Əgər insan dünyasını dəyişirsə, bunun müqabilində bir nəfərin sağlamlığına səbəb olursa, bu yaxşı haldır və xeyirxah addımdır. Amma bunun baş verməsi zaman istəyir. İnsanlar gəlib bu yerə çatacaqlar. Bu sahə ən yeni və perspektivli sahələrdən biridir”.