Bank Of Baku

Azərbaycanda qadınlar arasında işsizliyin səviyyəsi daha yüksəkdir

Azərbaycanda qadınlar arasında işsizliyin səviyyəsi daha yüksəkdir
# 24 yanvar 2013 10:36 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci ildə məşğullun səviyyəsi 94,7%, işsizliyin səviyyəsi isə Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq 5,3% təşkil edib.

 

«APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib. Onun sözlərinə görə, respublikanın şəhər və kəndlərində iqtisadi fəallığın, məşğulluğun və işsizliyin səviyyəsi fərqlənir. Belə ki, kənd yerlərində məşğulluğun səviyyəsi şəhər yerlərinə nisbətən yüksək, işsizlik isə aşağıdır.

 

Şöbə müdiri qeyd edib ki, işsizliyin səviyyəsi kişi və qadınlar arasında da fərqlədir. Belə ki, 2012-ci ildə kişilər arasında işsizliyin səviyyəsi 4,5%, qadınlar arasında isə 6,4% olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR