Bank Of Baku

Azərbaycanda qədim dillər üzrə elmi-tədqiqat laboratoriyaları yaradılacaq

Azərbaycanda qədim dillər üzrə elmi-tədqiqat laboratoriyaları yaradılacaq
# 16 yanvar 2013 13:37 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda qədim dillər üzrə elmi-tədqiqat laboratoriyaları yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdulla bildirib. Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanın qədim dillər üzrə mütəxəssisləri xarici ölkələrdə təhsil alıb qayıtdıqdan sonra bu proses həyata keçiriləcək: “Hazırda qədim dilləri öyrənən mütəxəssislərin xaricə göndərilməsi çox ciddi şəkildə gündəmdə dayanır. Artıq bu mütəxəssislərin bəziləri ilə danışıqlar aparmışıq. İlkin olaraq 2-3 mütəxəssis göndəriləcək. Bu məsələ razılaşdırılıb. Hazırda onların təhsil alacaqları elmi mərkəzlər müəyyənləşdirilir. Bu, İtaliyanın, İngiltərənin, Sankt Peterburqun və ya Yunanıstanın qədim dilləri öyrənən mərkəzlərindən biri ola bilər. Həmin mütəxəssislər individiual proqram əsasında qədim latın, yunan, şumer, pəhləvi və digər dilləri öyrənəcəklər. Bu dilləri öyrənəcək adamlar artıq dilçilik istiqamətində formalaşmış mütəxəssis olmalıdır.  Onlar 2-3 ilə bu dili dərindən öyrənib qayıdandan sonra onların ətrafında qədim dillər üzrə elmi-tədqiqat laboratoriyaları yaradılacaq”.

 

K. Abdulla deyib ki, indiyədək Azərbaycanda nə Dilçilik İnstitutunda, nə digər elmi qurumlarda qədim dillər üzrə mütəxəssislər olmayıb: “Bundan sonra bölmə çox ciddi olaraq bu işlə məşğul olacaq. Hökumət bu işdə AMEA-ya yardım edəcək. Artıq Elmin İnkişafı Fondu və Təhsil Nazirliyi də qədim dillər üzrə mütəxəssislərin xaricə göndərilməsinə öz razılıqlarını veriblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR