Bank Of Baku

Azərbaycanda rəsmi işsizlərin sayı 36,8 minə düşüb

Azərbaycanda rəsmi işsizlərin sayı 36,8 minə düşüb
# 23 yanvar 2013 14:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 688,4 min nəfər olub, onlardan 4 445,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub ki, onların 42,1%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 224,1 manat olub: «Ötən ilə nisbətən rəsmi işsiz statusuna malik olanların sayı 4% və 1,5 min nəfər azalıb. İşsizliyə görə müavinətin orta məbləği isə 17,7% və 33,7 manat artıb».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR