Bank Of Baku

Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriyalar yaradılacaq

Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriyalar yaradılacaq
# 15 noyabr 2012 13:30 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriyalar yaradılacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov bildirib. Bundan əlavə, uşaqlar üçün yay düşərgələrinin təşkili, diabet xəstələrinin şəkər salıcı preparatlarla təminatı, xəstələrə pulsuz verilən dərmanların çeşidlərinin genişlənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bütün bu və ya digər yeniliklər gələcək illəri əhatə edəcək “Şəkərli diabet üzrə Dövlət proqramı”nda öz əksini tapacaq: “Dövlət proqramına hər 5 ildən bir yenidən baxılır və yeni məqsədlər ortaya qoyulur. “Şəkərli diabet üzrə Dövlət proqramı”nın birinci mərhələsi 2011-də qurtarıb. O vaxtdan sonra isə növbəti illəri əhatə edəcək proqram üzərində iş gedir. 10-a yaxın yeniliyi özündə əks etdirəcək dövlət proqramı yaxın zamanlarda qəbul ediləcək”.

 

R.Cabbarov qeyd edib ki, Azərbaycanda diabetli xəstələrin müalicəsi üçün bir sıra problemlər var. Onun sözlərinə görə, bunlardan ən vacibi cəmiyyətin maarifləndirilməsi ilə bağlıdır: “Bizim əhali özü gərək maariflənsin, ətrafa şüurlu yanaşsın və həyat şəraitini dəyişsin. Əgər bu maarifləndirmə kifayət qədər olmasa, bu xəstəliyin ağırlığı və təhlükəsi daha da artar. Bu isə həm mentalitet, həm də digər amillərlə bağlıdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR