Bank Of Baku

Azərbaycanda sosial vəziyyəti aşağı olan sonsuz ailələr üçün reproduktiv texnologiyaların tətbiqi dövlət tərəfindən pulsuz həyata keçirilə bilər

Azərbaycanda sosial vəziyyəti aşağı olan sonsuz ailələr üçün reproduktiv texnologiyaların tətbiqi dövlət tərəfindən pulsuz həyata keçirilə bilər
# 22 yanvar 2013 08:30 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda sosial vəziyyəti aşağı olan sonsuz ailələr üçün reproduktiv texnologiyaların dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, bu, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: “Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun cəmiyyətə çox lazımlı bir qanundur. Nəzərə alan yoxdur ki, il ərzində Azərbaycanda 8-10 min ailə sonsuzluq problemi üzündən boşanır. Qanun layihəsində bu problemin tənzimlənmə mexanizmləri də geniş əks olunub. İnsanlar reproduktiv sağlamlıqlarını bərpa edib dünyaya təbii yolla uşaq gətirməyə üstünlük verməlidirlər. Sonsuzluğun profilaktikası və müalicə tədbirləri aparıldıqdan və bütün imkanlar tükəndikdən sonra 10 il ərzində şəxs dünyaya uşaq gətirə bilmirsə, reproduktiv texnologiyaların tətbiqinin tərəfdarıyıq. Sosial cəhətdən az təmin olunan ailələr üçün bu işin dövlət tərəfindən pulsuz həyata keçirilməsini təklif edirik”.

 

Komitə sədrinin müavini deyib ki, son zamanlar Azərbaycanda üçəmlərin sayının artması süni mayalanma ilə doğuşa üstünlük vermənin nəticəsidir: “Bəzən insanlar öz maddi güclərini qabaqcadan hesablamırlar. Süni mayalanmadan istifadə edən insanlar bir və ya iki uşağa üstünlük verməlidirlər. Üçünü birdən dünyaya gətirib sonra da onu saxlaya bilmirlər. Ailə kasıbdırsa, dövlət buna görə ünvanlı sosial yardım verəcək. Amma süni mayalanma ilə hazırda 10 uşaq da dünyaya gətirmək mümkündür. Dünya texnologiyasında da embrionun implantasiyası yolu ilə dünyaya uşaq gətirəndə birdən-birə 2-3, hətta 5 embrion mayalandırırlar ki, birdən mayalanma yaxşı baş tutmaz. Amma mayalandıqdan və embrionu bədənə köçürdükdə onun birini köçürmək olar, yaxud da embrionun bədəndə inkişaf mərhələsində birini və ya ikisini saxlamaq imkanları var. Ya süni mayalanmanı həyata keçirən həkimlər bunu valideynlərə təklif etmirlər, ya da valideynlər özləri istəyirlər ki, birdən-birə dünyaya çoxlu uşaq gətirsinlər. Amma bu, sonradan bir çox sosial problemlərin yaranmasına səbəb olur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR