Bank Of Baku

Azərbaycanda sürücülər ildə bir dəfə məcburi təlimlərə cəlb oluna bilər

Azərbaycanda sürücülər ildə bir dəfə məcburi təlimlərə cəlb oluna bilər
# 22 yanvar 2013 15:28 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna əlavələr edilməsi gözlənilir.

 

Səbəb son vaxtlar sürücü ehtiyatsızlığından baş verən avtomobil qəzalarının sayının artmasıdır. Qeyd olunan əlavələr Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu sahədə fəsadların aradan qaldırılması istiqamətində görülən işləri sürətləndirmək üçün nəzərdə tutulub. Qanuna əlavələr edildiyi təqdirdə, hər il respublikanın bütün regionlarında rayon Dövlət Yol Polisi idarələrinin nəzarəti ilə uyğun dövrlərdə təlimlər keçiriləcək, təlimlər çərçivəsində sürücülərin psixoloji hazırlığı da yoxlanılacaq.

 

Qeyd edək ki, belə bir qayda bir sıra ölkələrdə tətbiq olunur. Qanuna əlavələr bu ilin sonuna qədər Milli Məclisdə müzakirəyə çıxarıla bilər.

 

Xatırladaq ki, ötən il respublikanın avtomobil yollarında 2882 yol qəzası baş verib. Nəticədə 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR