Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən sürücülük vəsiqəsi üçün təkrar imtahan verən şəxslər 10 manat rüsum ödəyəcək.
Qeyd edək ki, əvvəllər təkrar imtahanlarda rüsum tətbiq olunmurdu.