Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda 36 mln. kitabxana fondu olan 3 883 kütləvi kitabxana, 2 767 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 3 konsert zalı və 366 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə muzeylərə gələnlərin sayı 1,8 mln. nəfər, teatrlara gələnlərin sayı 0,5 mln. nəfər olub: «Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir».
Komitədən həmçinin bildirilib ki, bu gün Azərbaycanda 28 dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları mövcuddur.