Bank Of Baku

Azərbaycanda uşaq bağçalarına nəzarət gücləndiriləcək

Azərbaycanda uşaq bağçalarına nəzarət gücləndiriləcək
# 15 noyabr 2012 13:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində dövlət əsaslı xərclərinin payı 45,5%, icmal büdcəsində isə 20% təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentdə gələn ilki büdcənin layihəsi ilə bağlı keçirilən son müzakirələrdə bildirib: «Bu, böyük rəqəmdir və Azərbaycan büdcəsinin prioritetlərini göstərir».

 

Maliyyə naziri bildirib ki, investisiya xərclərinin artırılmasına baxmayaraq, sosial xərclərdə heç bir azalma baş verməyib: «Yəni, onlar 2013-cü ildə də artacaq. Söhbət elm, təhsil, səhiyyə və sosial təminat sahələrindən gedir».

 

Uşaq bağçalarında ərzaq xərcləri ilə bağlı deputatların suallarına cavab verən S.Şərifov qeyd edib ki, bu sahədə işlər aparılır - xərclər artırılıb və bu proses davam edəcək: «Amma onlara nəzarət də güclənəcək. Həm mərkəzdə, həm də yerlərdə».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR