Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda uşaq polisi (yuvenal) və uşaq məhkəməsinin (yuvenal məhkəmə) fəaliyyətə başlaması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə bu, yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanunda nəzərdə tutulur.
Hazırda qanuna edilən təkliflər üzərində iş gedir və hazırlıq işlər başa çatdığı təqdirdə ilin sonuna yaxın qanunun Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Sənədin hazırlanması ilə bağlı BMT-nin Uşaq hüquqları komitəsinin hesabatında nəzərdə tutulan tövsiyələrin bir çoxu Azərbaycan tərəfindən yerinə yetirilib. Sənəd üzərində lazımı işlər yekunlaşmaq üzrədir və məsələ ilə bağlı müvafiq təşkilatların təklifləri nəzərdə keçirilir.