Bank Of Baku

Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının qeydiyyatı aparılmır

Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının qeydiyyatı aparılmır
# 18 yanvar 2013 15:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının qeydiyyatı aparılmır”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova APA-ya açıqlamasında deyib ki, buna səbəb müraciət edənlərin olmamasıdır. Onun sözlərinə görə, Ailə Məcəlləsinə görə uşaqların müvafiq qurumlara müraciət etmək hüquqları var: “Lakin cəmiyyətdə bu məsələ ilə bağlı fəallıq mövcud deyil. Bu cür halların şahidi olan insanların özləri də bu məsələyə laqeyd qalırlar. Ötən ilin 6 ayı ərzində məişət zorakılığı zəminində yetkinlik yaşına çatmayanlara qarşı 16 zorakılıq halı qeydə alınıb. 2011-ci ildə bu rəqəm 88 olub. Ümumiyyətlə, statistika göstərir ki, qeydiyyata alınanlar çox deyil. Amma nəzərə almaq lazımdır ki, hər bir Azərbaycan ailəsində uşağa qarşı müxtəlif formada, psixoloji zorakılığa yol verilir. Bu sahədə sadəcə, əhalinin maarifləndirilməsinə ehtiyac var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR