Bakı. Mübariz Aslanov-APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsində “Uşaqların asudə vaxtının təşkili və istirahəti haqqında” yeni qanun layihəsi hazırlanır. Bu barədə APA-ya komitədən məlumat verilib.
Qanun layihəsi parlamentin yaz sessiyasında komitənin müzakirəsinə çıxarılacaq. Layihədə uşaqların müxtəlif formada istirahətinin təşkili, yay və qış istirahət mərkəzlərinin istifadəsi və sair məsələlər öz əksini tapıb. Hazırda verilən təkliflər ilə bağlı sənəd üzərində iş gedir və son variant komitənin yaz sessiyasındakı ilk iclasında açıqlanacaq.