Bank Of Baku

Azərbaycanda V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib

Azərbaycanda V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib
# 17 yanvar 2013 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev fərman imzalayıb.

 

Əsasnamədə edilən dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib.

 

Nazirlər Kabinetinə və digər aidiyyəti strukturlara fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR