Bank Of Baku

Azərbaycandakı elmi təşkilatlarda çalışan mütəxəssislərin 64%-i tədqiqatçılardır

Azərbaycandakı elmi təşkilatlarda çalışan mütəxəssislərin 64%-i tədqiqatçılardır
# 21 yanvar 2013 08:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 143 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19 minə yaxın mütəxəssis məşğul olur ki, onların da 63,6%-i tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var.


«Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir, onların yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Cari ilin əvvəlinə Milli Elmlər Akademiyasının 53 akademiki və 103 müxbir üzvü olub», - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR