Bank Of Baku

Azərbaycandakı zəlzələ ocaqlarının analizinin nəticələri açıqlanıb

Azərbaycandakı zəlzələ ocaqlarının analizinin nəticələri açıqlanıb
# 17 yanvar 2013 15:52 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublikia Seysmoloji Xidmət Mərkəzi tərəfindən Azərbaycanın yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək üçün zəlzələ ocaqlarının mexanizmlərinin analizi aparılıb. Bu barədə APA-ya AMEA-dan bildirilib. RSXM tərəfindən 2012-сi il ərzində baş vermiş zəlzələlərdən 107-sinin ocaq mexanizmi işlənilib. Zəlzələ ocaqlarının mexanizmlərinin təhlili 31 rəqəmsal stansiyanın məlumatları əsasında qurulub.

 

Analizin nəticələrinə əsasən, Böyük Qafqazın Azərbaycan sahəsinin cənub yamacında üç növ lokal gərginlik sahələri aşkar olunub. Bunlar qırılıbqalxma, qırılıbdüşmə-yerdəyişmə və soltərəfli horizontal yerdəyişmədir. Orta Kür çökəkliyi üçün qırılıbqalxma, qırılıbdüşmə, Cənubi Xəzər üçün qırılıbdüşmə, horizontal yerdəyişmə, Talış zonası üçün qırılıbqalxma, qırılıbdüşmə-yerdəyişmə xarakterikdir.

 

Ötən il mayın 7-də Zaqatala rayonunda baş vermiş zəlzələ ocağında gedən proses (5.6 maqnitudada) qırılıbduşmə-yerdəyişmə, ikinci zəlzələ isə (5.7 maqnitudada) qırılıbdüşmə tiplidir.

 

İl ərzində seysmoloji və maqnitometrik məlumatların kompleks analizi Böyük Qafqazın cənub yamacında, Kür ətrafı və Talış zonasında proqnozlaşmış seysmik aktivliyinin inkişaf etməsini təsdiq edir. 2012-ci ildə bütün hiss olunan və güclü zəlzələlər aşkar olunmuş zəlzələ ocaqlarının sərhəd hüdudunda baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR