Bank Of Baku

Azərbaycanın bəzi avtomobil yolları buz bağlayacaq

Azərbaycanın bəzi avtomobil yolları buz bağlayacaq
# 12 yanvar 2013 10:01 (UTC +04:00)

 

Arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında yanvarın 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR