Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq

Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq
# 28 yanvar 2013 10:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakı və Abşeron yarımadasında yanvarın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz  3-5 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, uzun müddət davam edən mülayim isti hava şəraitindən sonra yaxın 2 gündə atmosfer təzyiqinin yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR