Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq

Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq
# 31 yanvar 2013 09:42 (UTC +04:00)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-2, gündüz  2-6 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR