APA-nın məlumatına görə, K. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, qış mövsümü ilə əlaqədar dəm qazından və qazla ehtiyatsız davranmadan ölüm halları artsa da, son iki həftədə bu tendensiya azalmağa doğru gedir: “Hamamxanalarda, evlərdə, mətbəxlərdə qazdan istifadəyə əhali özü nəzarət etməlidir. Fövqəladə Hallar Nazirliyinin, “Azəriqaz”ın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən əhali arasında görüşlər keçirilir, televiziya kanallarında maarifləndirci proqramlar verilir.
Əhali öz təhlükəsizliyini özü qorumalıdır. İnsanlar yanar qazı bayıra buraxmayan boruları olan sobalardan istifadə edirlər. Amma bilmirlər ki, bu təhlükədir, həmin qazlar zəhərləyici təsirə malikdir. Əhali evlərində olan elektrikdən, qaz sobalarından düzgün istifadə etməli, uşaqlarını, ailələrini təhlükəyə atmamalıdır. Heç bir qurumun nümayəndəsi gedib ailənin içində bu avadanlıqların istismar qaydasını göstərəsi geyil. Təlimatlar var, əməl olunmalıdır. Qaz sobaları satılarkən də üstündə istifadəyə dair təlimatlar verilir. Həmin təlimatlara da əməl olunmalıdır”.