Bank Of Baku

Azərbaycanla Koreya arasında Qrant Sazişi imzalanıb

Azərbaycanla Koreya arasında Qrant Sazişi imzalanıb
# 29 yanvar 2013 13:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanması mərasimi keçirilib.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov son illər Azərbaycana dost ölkə olan Koreya ilə müvafiq istiqamətdə əməkdaşlığın genişlənməsini yüksək dəyərləndirib. O, imzalanacaq sazişin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib.

 

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

 

Sonra Azərbaycan Təhsil Nazirliyi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycanın təhsil naziri Misir Mərdanov və Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn imzalayıb. Sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR