Bank Of Baku

Bakı Ali Neft Məktəbi abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə ali məktəblər arasında lider olub - FOTO

Bakı Ali Neft Məktəbi abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə ali məktəblər arasında lider olub - <span style="color: red;">FOTO
# 22 yanvar 2013 10:15 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bakı Ali Neft Məktəbi (BANM) 2012-ci ildə qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə ali məktəblər arasında lider olub.

 

Məktəbdən APA-ya verilən məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən ilin qəbul imtahanlarının statistik təhlili ilə bağlı araşdırması sübut edib.

 

Ötən il BANM-ə elan edilmiş qəbul yerlərinin hər birinə müsabiqədə iştirak etmək üçün 13 nəfər ərizə verib. I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən çox bal toplayan 234 nəfərin 116-sı məhz BANM-ə daxil olub. Bu, qəbulun nəticələrinə görə bütün qruplar üzrə 600 baldan çox bal toplamış abituriyentlərin 9,46%-i deməkdir.

 

BANM qəbul olunan abituriyentlərin göstəricilərinə görə 600 ballıq həddi keçmiş yeganə təhsil ocağıdır ki, daxil olan tələbələrin orta balı 631 olub. 600-dən çox bal toplayan gənclərin sayına görə BANM ali təhsil müəssisələri arasında 5-ci yerdə qərarlaşıb. Dövlət sifarişi ilə tələbə qəbulunun göstəricilərinə görə isə BANM ilk yeri tutub. Ötən il prezident  təqaüdünə layiq görülmüş 102 nəfərdən 11-i də BANM-in tələbəsidir.

 

Hazırda BANM-də Böyük Britaniyanın Heriot-Uatt Universitetinin tədris proqramı əsasında bakalavriatdan əvvəlki hazırlıq həyata keçirilir. Tələbələr bir il ərzində “ingilis dili” və “kompyuter və informasiya texnologiyaları” fənlərini yüksək səviyyədə öyrənirlər. Növbəti tədris ilində ixtisaslar üzrə ingilis dilində mütəxəssis hazırlığına başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR