Əgər 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, bu gün bu rəqəm 163280-dir”. APA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva 14 noyabr-Ümumdünya Diabet Gününə həsr olunan tədbirdə çıxışında deyib. O bildirib ki, cari ilin 8 ayı ərzində Bakının 50 ilkin tibb müəssisəsində 48 207 xəstə qeydiyyatdan keçib. E. Əliyevanın sözlərinə görə, şəkərli diabet xəstələrinin müalicəsi üçün respublikanın 13 tibb müəssisəsində 400 çarpayı ayrılıb və bunun da 280-ni Bakı şəhərində yerləşir: “Şəkərli diabet xəstələrinin müalicəsi üçün müvafiq dövlət proqramı qəbul edilib, tədbirlər həyata keçirilir. 14 adda dərman vasitəsi pulsuz qaydada xəstələrə verilib. Müəyyən tədbirlər həyata keçirilsə də, bu sahə üzrə hələ də müəyyən problemlər və şikayətlər var. Bizim əsas vəzifəmiz isə xəstələrə daha məsuliyyətlə yanaşmaq və onları düzgün, vaxtında müalicə etməkdir”.