Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin aprel ayında Bakıda “Azərbaycanda və Şərqi Anadoluda soyqırımı reallıqları insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən bildirilib.
Konfrans AMEA İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Türkiyə və Rusiyadan alimlərin iştirak edəcəyi konfrans soyqırımı reallıqlarının hüquqi və siyasi aspektlərinin beynəlxalq, regional və milli çərçivədə dəyərləndirilməsi məqsədi ilə keçiriləcək. Tədbirdə “Erməni genosidi XX yüzillikdə”, “Azərbaycanda və Şərqi Anadoluda soyqırım reallıqları”, “Qarabağ: pozulan hüquqlar, dağıdılan sərvətlər”, “Ermənistanın etnik təmizləmə siyasəti və cinayəti” mövzularında müzakirələr təşkil olunacaq.