Bank Of Baku

Bakıda “Yaşıl həftə” çərçivəsində Avropanın Əsas Qrupları və Səhmdarlarının Məsləhətləşmə Görüşü keçirilir

Bakıda “Yaşıl həftə” çərçivəsində Avropanın Əsas Qrupları və Səhmdarlarının Məsləhətləşmə Görüşü keçirilir
# 13 noyabr 2012 07:59 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda “Yaşıl həftə” çərçivəsində Avropanın Əsas Qrupları və Səhmdarlarının Məsləhətləşmə Görüşü keçirilir.

 

APA-nın xəbərinə görə, məsləhət görüşündə 50-dən artıq xarici qonaq və onların sayına uyğun olaraq əsas qruplar və səhmdarlar iştirak edir.

 

Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə bildirib ki, hər il UNEP vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları, işgüzar icmalar, gənclər və qadınlar qrupları daxil olmaqla əsas qruplar və səhmdarlar ilə regional məsləhətləşmə görüşü təşkil edir. Onun sözlərinə görə, bu il Azərbaycanda keçirilən məsləhətləşmə görüşü “Yaşıl həftə” çərçivəsində təşkil olunub. Həftə ərzində baş tutan 5 irimiqyaslı tədbirlər təşkil olunacaq ki, görüş də bunların bir hissəsidir.

 

Məsləhətləşmə görüşünün nəticəsi olaraq Avropanın əsas qrupları və səhmdarlarının müəyyən tövsiyələri nəzərə alınmaq şərti ilə RİO-20 bəyanatının kontekstində nəticə bəyanatı qəbul olunacaq. Bundan əlavə, 2013-cü ilin fevralında Nayrobidə baş tutacaq əsas qruplar və səhmdarlarının qlobal forumu ilə əlaqələndiriləcək. Layihənin təşkilati hazırlıqları İDEA və UNEP-in əməkdaşlığı çərçivəsində aparılır.

 

Qeyd edək ki, İDEA kampaniyası və UNEP-in birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “Yaşıl həftə” layihə keçirilir. Ötən gündən start verilən layihə noyabrın 16-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR