Bank Of Baku

Bakıda «Azalt. Yenidən istifadə et. Çeşidlə.» şüarı altında uşaqlar üçün beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Bakıda «Azalt. Yenidən istifadə et. Çeşidlə.» şüarı altında uşaqlar üçün beynəlxalq konfrans keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 16 noyabr 2012 07:50 (UTC +04:00)

 

 

Bakı – APA-Economics. Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Təmiz Şəhər» ASC tərəfindən həyata keçirilən «Təmiz Qala» layihəsinin maarifləndirmə proqramı çərçivəsində noyabrın 15-16-da Bakının Qala qəsəbəsində «Azalt. Yenidən istifadə et. Çeşidlə.» («Reduce. Reuse. Recycle.») şüarı altında uşaqlar üçün beynəlxalq konfrans keçirilib.

 

«APA-Economics»in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən IDEA kampaniyası və BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) tərəfindən start verilmiş «Yaşıl həftə» ərzində keçirilən konfransda Qala qəsəbəsinin məktəbliləri ilə yanaşı, Bakıda fəaliyyət göstərən beynəlxalq məktəb və kollec şagirdləri, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və Ukraynadan olan məktəblilər iştirak edirlər.

 

Tədbirin keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrənilməsi, məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət kimi mövzularda müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılması, həmçinin müxtəlif ölkələrdən olan məktəblilər arasında bu sahədə bilik mübadiləsi prosesinin dəstəklənməsi olub.

 

Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunub. Belə ki, konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilib, «Təmiz Şəhər» ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilib. Konfransın ikinci günü isə məktəblilər üçün Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən layihələrlə tanış olmaq üçün Balaxanı qəsəbəsinə sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna ekskursiya təşkil edilib.

 

Tədbir «EkoSfera» Sosial-Ekoloji Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib.

 

Xatırladaq ki, bir çox ölkələrdə 15 noyabr - Tullantıların Çeşidlənməsi Günü kimi qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR