Bank Of Baku

Bakıda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək
# 17 yanvar 2013 14:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan və Türkiyə qardaş ölkə olsa da, iki ölkənin mövcud kadr potensialından kifayət qədər yararlana bilməmişik”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, mövcud potensialdan kifayət qədər yararlanmaq, kiçik problemləri aradan qaldırmaq və problemləri həll etmək üçün birgə müzakirələr aparılmalıdır.

 

Nazir müavini bildirib ki, Bakıda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək: “Biz də Təhsil Nazirliyi olaraq iclasda irəli sürüləcək müxtəlif təklifləri vermişik. Hər kəsə məlumdur ki, əgər hansısa təkliflərlə bağlı ortada siyasi iradə və istək yoxdursa, bunlar ancaq kağız üzərində qalacaq. Amma biz istəyirik ki, qardaş Türkiyə ilə tələbə mübadiləsinin səviyyəsini daha da yüksəldək, tibb təhsili sahəsində mövcud elmi potensialı və əlaqələri genişləndirək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR