Bakı. Viktoriya Dementyeva – APA. Dekabrın 6-7-də Bakıda insan alveri və məcburi əməklə mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunmuş tədbirdə Türkiyə, Azərbaycan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan, Bosniya və Herseqovinadan hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.
Konfrans insan alveri və məcburi əməyin qarşısının alınmasına, bu cinayətləri törətmiş şəxslərin hüquqi təqibi və trafikinq qurbanlarının müdafiəsinə yönəlmiş səylərin yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün platforma yaratmağa imkan yaradacaq.