Bank Of Baku

Bakıda virus infeksiyaları ilə bağlı təcili yardıma müraciətlərin sayı artıb

Bakıda virus infeksiyaları ilə bağlı təcili yardıma müraciətlərin sayı artıb
# 22 yanvar 2013 15:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yanvar ayında virus infeksiyaları ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bunu APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova deyib. O bildirib ki, Bakıda stansiyaya daha çox öskürək, hərarət və digər virus-infeksiyaları ilə bağlı müraciətlər daxil olur. Z.Vahidovanın sözlərinə görə, onların sayında yanvar ayında digər aylara nisbətən bir qədər artım müşahidə edilib: “Müraciətlər daha çox axşam saatlarında daxil olub. Belə ki, axşam saat 10:00-dan başlayaraq gecə saatlarına kimi müraciətlərin sayında artım qeydə alınıb”.

 

Ümumi çağırışların sayına gəlincə, baş həkimin müavini qeyd edib ki, ötən gün çağırışların sayı az olub: “Amma ondan bir gün öncə çağırışların sayı nisbətən çox idi. Yanvarın 20-də 2000-dən çox çağırış olduğu halda yanvarın 21-də onların sayı 1800-ə enib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR